Tikinti prosesinin düzgün və təhlükəsiz həyata keçirilməsi üçün peşəkar layihələndirmə və texniki çertyojların hazırlanması xidmətlərini təqdim edirik. Layihə zamanı obyektin təyinatı, sahənin xüsusiyyətləri, konstruktiv həllər, mühəndis kommunikasiya sistemləri və mövcud tikinti normaları nəzərə alınır. Memarlıq planları, konstruktiv sxemlər, işçi çertyojlar və digər texniki sənədlər dəqiq hesablamalar əsasında hazırlanaraq tikinti prosesinin bütün mərhələlərinin səmərəli təşkilinə imkan yaradır.